Pakistanda ticarət mərkəzində yanğın olub: ölənlər və yaralananlar var
Pakistanın Kəraçi şəhərində yerləşən və təxminən 1200 mağazanın fəaliyyət göstərdiyi Gul Plaza ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində ən azı 20 nəfər həlak olub, rəsmi mənbələr bildirir ki, 70-dən çox şəxs hələ də itkin düşüb.
Crossmedia.az bu barədə xarici mənbəyə istinadən xəbər verir.
Yanğın 17 yanvar gecəsi başlayıb və 24 saatdan çox fasiləsiz yanğınsöndürmə əməliyyatlarından sonra nəzarət altına alınıb. Lakin dağıntılar arasında qalan tüstülənmə səbəbindən alovlar yenidən güclənib və yanğınsöndürmə işləri bərpa olunub.
Hadisədən zərər çəkənlərin ailələrinə təxminən 35 min ABŞ dolları (təxminən 10 milyon Pakistan rupisi) dəyərində kompensasiya ödəniləcəyi açıqlanıb.
11:12 20.01.2026
Oxunuş sayı: 1228