Çindən İrana rekord hərbi hava körpüsü: 60 saata 16 yük təyyarəsi endi
Son iki gün ərzində Çin Xalq Respublikası İrana indiyə qədər müşahidə olunan ən genişmiqyaslı hərbi hava daşınmasını həyata keçirib.
Crossmedia.az bu barədə xarici mənbəyə istinad edir.
Son 60 saat ərzində azı 16 ağır hərbi yük təyyarəsi İran ərazisinə eniş edib. Uçuşlarda əsasən Y-20 strateji nəqliyyat təyyarələri, eləcə də hərbi məqsədlər üçün uyğunlaşdırılmış Boeing 747 modellərinin istifadə edildiyi bildirilir.
Daşınma bölgədə təhlükəsizlik vəziyyətinin kəskinləşdiyi bir vaxtda baş verib. İranla ABŞ və İsrail arasında gərginlik artmaqda davam edir, rəsmi Tehran isə bu fonda ölkənin hava məkanını mülki uçuşlar üçün bağlayıb. Yüklərin məzmunu gizli saxlanılır.
Çin və İran tərəfi daşınan yüklərlə bağlı rəsmi məlumat yaymayıb. Lakin hərbi müşahidəçilər ehtimal edir ki, təyyarələr vasitəsilə İrana:
1. HQ-9 hava hücumundan müdafiə sistemləri,
2. müxtəlif tip raketlər və döyüş sursatları,
3. elektron müharibə vasitələri,
4. həmçinin mümkün hücum ssenarilərinə qarşı lojistik təminat daşına bilər.
Bəzi açıq mənbəli aviasiya izləmə platformaları uçuşlar zamanı bir sıra təyyarələrin İran sərhədlərinə yaxınlaşarkən transponderlərini deaktiv etdiyini qeyd edir.
10:03 20.01.2026
Oxunuş sayı: 1181