Netanyahudan SƏRT MESAJ: İran hücum etsə, görünməmiş güclə cavab verəcəyik
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran tərəfindən ehtimal olunan hər hansı hücum halında İsrail buna “görünməmiş güclə” cavab verəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə "Knesset"də çıxışı zamanı danışıb.
Baş nazirin sözlərinə görə, İsrail öz təhlükəsizliyini təmin etmək və ölkəyə yönələn istənilən təhdidin qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcək.
Netanyahu vurğulayıb ki, İsrail regionda gərginliyin artmasında maraqlı deyil, lakin milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcək. O əlavə edib ki, İsrail ordusu mümkün ssenarilərə hazırdır və ölkənin müdafiə qabiliyyəti yüksək səviyyədə saxlanılır.
Qeyd edək ki, son dövrlər İranla İsrail arasında artan gərginlik beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir.
Kübra Musayeva
09:29 20.01.2026
Oxunuş sayı: 1630