CROSSMEDIA - Tbilisidə etirazçılar yolu bağladılar
Xarici xəbərlər

Tbilisidə etirazçılar yolu bağladılar

Tbilisidə xüsusi təyinatlı qüvvələr tərəfindən Rustaveli prospektindən uzaqlaşdırılan etiraz aksiyası iştirakçıları Tbilisi Dövlət Universitetinin binası yaxınlığında yerləşən Çavçavadze prospektinə keçərək nəqliyyatın hərəkətini dayandırıblar.

Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Rustaveli prospektində aksiyanın dağıdılması yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə eynidir) baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları yüzlərlə vətəndaşı parlament binasının yerləşdiyi prospektdən uzaqlaşdırıblar. Lakin bu dəfə etirazçılar adətən səhər reydlərindən sonra olduğu kimi evlərinə dağılmayıblar. Bunun əvəzinə Melikişvili prospekti boyunca irəliləyərək universitet binasının yaxınlığındakı kəsişmədə toplaşıblar.

Hüquq-mühafizə orqanları etirazçılara mane olmayıb. Aksiya iştirakçıları hazırda yolun hərəkət hissəsində yerləşiblər.

06:15 01.12.2024

Oxunuş sayı: 8017

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR