NATO gəmiləri Estoniyaya gəldi
NATO-nun daimi birinci dəniz qrupuna daxil olan altı hərbi gəmi Estoniyanın paytaxtı Tallinə yan alıb. Gəmilər arasında Britaniya, Norveç, Fransa, Niderland və Belçikaya məxsus freqatlar yer alır.
Crossmedia.az xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, cümə günü Tallinin Köhnə Limanında ilk olaraq Britaniyanın HMS Iron Duke freqatı lövbər salıb. Şənbə günü, 30 noyabr səhəri isə qalan gəmilər də Tallinə çatıb. Bunlar Norveçin qərargah gəmisi HNoMS Maud, Fransanın FS Auvergne freqatı, Niderlandın HNLMS Van Amstel freqatı və Belçikanın BNS Louise-Marie freqatıdır.
Estoniya Hərbi Dəniz Qüvvələrinin baş komandanı İvo Värk bu qrupun NATO-nun dəniz qüvvələrinin “əsas zərbə qüvvəsi” olduğunu qeyd edib.
09:02 01.12.2024
Oxunuş sayı: 5371