Bakı Metropoliteninin sabiq aparat rəhbəri bu quruma rəis təyin olundu
“Bakı Metropoliteni” QSC-nin sabiq Aparat rəhbəri Tərlan Dadaşov yeni vəzifəyə təyin olunub.
Crossmedia.az xəbər verir ki, Tərlan Dadaşov “AzərEnerji” ASC-nin Hüquq Departamentinin rəisi vəzifəsinə gətirilib. Bununla bağlı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Balababa Rzayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Tərlan Dadaşov ötən ilin aprel ayında “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun əmri ilə Aparat rəhbəri vəzifəsindən azad olunub.
18:22 14.01.2026
Oxunuş sayı: 1319