CROSSMEDIA - Suriyada hazırda nə baş verir? - SON DƏQİQƏ
Xarici xəbərlər

Suriyada hazırda nə baş verir? - SON DƏQİQƏ

Müxalif silahlılar Hələbin qərb rayonlarının 40%-nə nəzarət edir.

Crossmedia.az "Al Mayadeen"ə istinadla  xəbər verir ki, üsyançılar hərbi hospital, qubernator iqamətgahı, polis idarəsi və digər dövlət binalarını götürüblər. Tadif, Əl-Bab və Tel-Rifat uğrunda şiddətli döyüşlər gedir. Üsyançılar Hələbin Tareq ben Zaid həbsxanasından çoxlu sayda məhbusu azad ediblər. 

İranın Livandakı səfiri Müctaba Amani bildirib ki, İran və Rusiya keçmişin təkrarlanmasına imkan verməyəcək. Suriya hökumətinə köməklik göstəriləcək. 

Reuters yazır ki, Rusiya hərbi  texnikası 72 saat ərzində Suriyaya çatacaq və üsyançılarla mübarizəyə başlayacaq.  Hələb aeroportu bağlanıb və bütün reyslər ləğv edilib. 

"Sky News Arab"ın məlumatına görə isə, İraq ordusu Bəşər Əsəd rejiminə kömək məqsədi ilə Mosuldan Suriya sərhədinə doğru irəliləyir.

Dünən axşam saatlarından başlayaraq Əsəd rejiminin silahlı birləșmələri  Tel-Rifat - Hələb istiqamətində olan bütün yaşayış məntəqələrindən geri çəkilərək, əraziləri PKK, PYD, YPG kimi kürd bőlücü terror qruplaşmalarının nəzarətinə təhvil verib. 

PKK/YPG-nin nəzarətində olan Tel-Rifat isə tam şəkildə müxalif silahlı birləşmələrin mühasirəsinə düşüb. Yaxın saatlarda șəhərə geniş miqyaslı hücuma başlanacağı gőzlənilir.

10:08 30.11.2024

Oxunuş sayı: 6782

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR