Pekində Tesla şarj stansiyaları artıb
Pekində Tesla şarj stansiyaları və enerji doldurma məntəqələri artıb.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, Çində elektrikli və hibrid avtomobillərin satışları benzinli avtomobilləri keçib.
Qeyd edək ki, elektrikli avtomobillərin sürətli yayılması neft tələbatını daha da azaldacaq. CITIC Futures şirkəti, benzinin istehlakının 2030-cu ilə qədər hər il 4-5% azalacağını proqnozlaşdırır.
Çində yeni enerji avtomobilləri hazırda 10%-ni təşkil edir. Bu rəqəm 2027-ci ilə qədər 20%-ə, 2040-cı illərdə isə 100%-ə yaxınlaşa bilər.
Nəzrin Salmanova
09:32 30.11.2024
Oxunuş sayı: 26747