Qırğızıstanda kredit portfeli artıb
31 oktyabr 2024-cü il tarixinə Qırğızıstanda bankların kredit portfelinin həcmi ilin əvvəlindən 22% artaraq 314,4 milyard som (təxminən 3,6 milyard ABŞ dolları) təşkil edib.
Bu barədə Crossmedia.az ölkənin Milli Bankına istinadən xəbər verir.
Qeyd edək ki, Qırğızıstanda 21 kommersiya bankı və 305 filial fəaliyyət göstərir ki, onlardan beşi İslam bankçılığı prinsipləri əsasında fəaliyyət göstərir.
Gültac Mehdizadə
06:29 30.11.2024
Oxunuş sayı: 5455