SEPAH Hələbə yollandı
SEPAH ordusu Suriyanın Hələb şəhərinə yollanıb.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya hərbi hava qüvvələri və Hizbullah qüvvələrinin təsirli olmaması səbəbindən İran birbaşa Suriyanın şərqində Hələbə müdaxilə etmək qərarına gəlib.
Bildirilib ki, Bəşər Əsəd hökumətinə müxalif qüvvələrin illərdir döyüş meydanında sınaqdan keçirildiyi və hazırda zirehli birləşmələrə və pilotsuz təyyarələrə malik olduğu bir şəraitdə SEPAH-ın hava dəstəyi və ərazi ilə tanışlığı olmadan işi çətin olacaq və SEPAH qüvvələrində itkilərin olması ehtimalı yüksəkdir.
"Görünən odur ki, İran Livan və Hizbullahla quru əlaqəsini itirmək istəmir. Amma bəlli deyil ki, “Tehranın sırf Livanla quru yolla əlaqəsini qorumaqdan ötrü Suriyada öz qüvvələrini qırğına verməsinin İrana və onun vətəndaşlarına nə faydası var?”
06:22 30.11.2024
Oxunuş sayı: 5125