İnformasiya texnologiyaları üzrə standartlar mövzusunda beynəlxalq seminar keçirilib
“İT sektoru üçün idarəetmə sistemləri üzrə standartlar” mövzusunda beynəlxalq seminar təşkil olunub.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Keyfiyyət Assosiasiyasının birgə təşəbbüsü, Birləşmiş Krallığın CFECERT şirkətinin dəstəyi ilə keçirilən seminarın əsas məqsədi İT sektorunda beynəlxalq idarəetmə standartlarının tətbiqi, onların inteqrasiya imkanları və praktiki faydaları barədə iştirakçıların məlumatlandırılması olub.
AKTA-ya üzv şirkətlərin rəhbər şəxsləri və AKTA ekspertlərinin iştirak etdiyi tədbir çərçivəsində məlumat təhlükəsizliyi, şəxsi məlumatların idarə edilməsi, biznesin davamlılığı, İT xidmətlərinin idarə olunması, süni intellekt və uyğunluq sahələrini əhatə edən əsas ISO standartları üzrə təqdimatlar keçirilib. Ömer Kılınç öz mühazirəsində standartların birlikdə yaratdığı dəyər, sertifikatlaşma prosesləri və praktik tətbiq nümunələri barədə ətraflı məlumat verib.
Seminarda İT standartları sahəsində beynəlxalq trendlər barədə müzakirələr aparılıb.
19:15 09.01.2026
Oxunuş sayı: 1312