Elm və təhsil

Texnologiya Universiteti “Mingəçevir Tekstil” ilə əməkdaşlıq edəcək

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Mingəçevir Tekstil” MMC arasında Anlaşma Memorandumu imzalanıb.

Crossmedia.az xəbər verir ki, memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, birgə konfrans, seminar və təlimlərin təşkili və s. məsələlər öz əksini tapıb.

Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərovla “Mingəçevir Tekstil” MMC-nin direktoru Əli Əsədov imzalayıb.

İmzalanma mərasimindən sonra ATU-nun nümayəndələri “Mingəçevir Tekstil” ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.

10:54 27.11.2024

Oxunuş sayı: 5760

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR