Astarada işıq olmayacaq
Bu gün Astara Elektrik Şəbəkəsinin (EŞ) 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində təmir işləri aparılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-a qədər rayonun Hamoşam, Kakalos, Qamışoba, Lovayın, Maşxan, Pensər, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud, Toradi kəndlərində, Kijəbə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
09:35 18.12.2025
Oxunuş sayı: 1199