Beyləqanda avtoqəzada bir nəfər ölüb, daha iki nəfərin vəziyyəti ağırdır
Bu gün saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
1968-ci il təvəllüdlü şəxsə və 1972-ci il təvəllüdlü şəxsə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.(Report)
22:23 06.12.2025
Oxunuş sayı: 1423