ABŞ dövlət katibi: NATO iclasında iştirak etməyərək Venesuelaya diqqət yetirir
ABŞ Dövlət Katibi Marko Rubio Brüsseldə keçirilən NATO xarici işlər nazirlərinin iclasında iştirak etməyərək diqqətini Venesuelaya yönəldib.
Crossmedia.az "The Daily Mail"-ə istinadən xəbər verir ki, bu, 1999-cu ildən bəri ilk dəfədir ki, ABŞ dövlət katibi NATO kabinetinin iclasını buraxır.
Rubio bu addımı “özünü başqa geosiyasi teatra - Venesuelaya cəlb etmək”lə izah edib. Avropa üzrə ABŞ diplomatı qeyd edib ki, Rubionun diqqəti siyasətdən daha çox hakimiyyət mübarizəsi və Latın Amerikası gündəliyi ilə bağlıdır. Onun əsas məqsədi Floridadakı varlı venesuelalıları məmnun etməkdir.
Diplomat əlavə edib ki, Rubio Putinə etibar etmir və Putinin Trampla oynadığını başa düşür, bu səbəbdən bütün avropalı həmkarları ilə eyni masada iştirak etməsi risqli olardı. Rubio eyni zamanda Venesuela məsələsində sərt mövqe tutur və qərar qəbuletmə mərkəzinə yaxın olmaq istəyir.
Türkan Kərimli
19:50 06.12.2025
Oxunuş sayı: 1055