Azərbaycan Premyer Liqası: "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib
Misli Premyer Liqasında XIV tura start verilib.
Crossmedia.az xəbər verir ki, turun ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub.
Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1.
"Zirə"nin heyətində 31-ci dəqiqədə İssa Cibrila fərqlənib. Enrike Kustadio isə 44-cü dəqiqədə avtoqol müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Qarabağ" lider mövqeyində qərarlaşıb. 27 xala malik "Zirə" ikincidir.
Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.
20:42 06.12.2025
Oxunuş sayı: 1317