Xameneyinin müşaviri: BƏƏ İranın səbrini sınayır
İranın ali rəhbəri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti Birləşmiş Ərəb Əmirliklərini sərt tənqid edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Vəlayəti Körfəz Əməkdaşlıq Şurasının BƏƏ-nin Fars körfəzindəki üç ada üzərində suverenliyinə dəstəyini “absurd” adlandırıb və bildirib ki, “İran xalqının səbri sonsuz deyil”.
O, BƏƏ-ni Yəməndə və Sudanda müsəlmanların qanını tökməkdə, Sokotra adasını işğal etməkdə və Bab əl-Məndəb boğazına nəzarət etməyə çalışmaqda ittiham edib. Vəlayəti əlavə edib ki, bu siyasət ABŞ-nin bölgədəki maraqları ilə uyğunlaşır və Əbu-Dabinin ekspansionist addımlar atdığını göstərir.
Türkan Kərimli
20:10 06.12.2025
Oxunuş sayı: 899