İran və Misir XİN rəhbərləri telefon danışığında Tehranın nüvə proqramını müzakirə ediblər
İranın xarici işlər naziri Abbas Əraqçi misirli həmkarı Bədr Abdel Ati ilə telefon danışığı aparıb.
Crossmediaz.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi "Telegram" kanalında açıqlama yayıb.
Qeyd olunub ki, söhbət zamanı İranın nüvə məsələsi müzakirə olunub.
Bundan əlavə, nazirlərin ikitərəfli münasibətləri və Yaxın Şərq regionundakı hadisələri də müzakirə etdikləri vurğulanıb.
Noyabrın 20-də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İdarəçilər Şurası tərəfindən İranın zənginləşdirilmiş uran ehtiyatları və bombalanmış nüvə obyektləri barədə agentliyə dərhal məlumat verilməsini tələb edən qətnamə qəbul olunub.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, AEBA-nın yeni qətnaməsi agentliyin Tehran ilə əməkdaşlığına zərər vurur, həmçinin beynəlxalq təşkilatın nüfuzunu və müstəqilliyini sarsıdır. Nazir əlavə edib ki, İran 20 noyabrda sentyabrda imzalanmış Qahirə sazişinin qüvvədən düşməsi barədə agentliyə rəsmi bildiriş göndərib.
Belə vəziyyət AEBA-nı İranın nüvə fəaliyyətini yoxlamaq məsələsində çətinliklərlə üz-üzə qoyur
22:50 06.12.2025
Oxunuş sayı: 772