Nigel Farage: Seçkilərin təxirinə qarşı məhkəmə iddiası
Reform UK partiyasının lideri Nigel Farage bildirib ki, hökumətin may ayında baş tutmalı bələdiyyə seçkilərini təxirə salmaq qərarına qarşı məhkəmə iddiası qaldıracaq.
Crossmedia.az "The Telegraph"-a istinadən xəbər verir ki, qərar nəticəsində İngiltərənin cənub və şərq bölgələrində beş milyondan çox insan səsvermək imkanından məhrum olacaq. Hökumət təxirə salmanı regional səlahiyyətlərin artırılması və bələdiyyələrin birləşdirilməsi prosesinin zəruriliyi ilə izah edib.
Farage və Reform UK partiyası isə bunu “sağ qanad partiyasının qələbəsini əngəlləmək cəhdi” adlandırıb. Partiyanın nümayəndəsi Zia Yusuf bildirib ki, səsvermə bölgələrində aparılan sorğular Reform namizədinin qalib gələcəyini göstərib. Farage əlavə edib ki, onlar hökumətin seçkiləri təxirə salmaq cəhdinə qarşı hüquqi icraata başlayacaqlar.
Hökumət isə məhkəmə iddiasını tənqid edərək seçkilərin təxirə salınmasının məqsədini bölgələrə 200 milyon funt investisiya və yerli idarəetmənin gücləndirilməsi ilə izah edib. Hökumət nümayəndəsi qeyd edib ki, bu addım seçicilərə fayda verəcək və Farage-in hüquqi iddiası “vergi ödəyicilərinin pullarını boş yerə xərcləməkdir”.
23:58 06.12.2025
Oxunuş sayı: 1151