ABŞ: Tehranın regional təsiri zəifləyib
ABŞ-nin açıqladığı yeni Milli Təhlükəsizlik Strategiyasına görə, Tramp administrasiyası HƏMAS-ın 2023-cü il 7 oktyabr hücumunun İran və regiondakı nümayəndələrinin gücünü ciddi zəiflətdiyini bildirir.
Crossmedia.az "Politico"-ya istinadən xəbər verir ki, ABŞ rəsmiləri İsrailin cavab əməliyyatları, HƏMAS və Hizbullah liderlərinin hədəfə alınması və İranın hərbi və nüvə obyektlərinə zərbələrin Tehranın regional mövqeyini sarsıtdığını vurğulayıb.
Sənəddə qeyd olunur ki, Tramp hökumətinin xarici siyasəti əsasən Qərb yarımkürəsinə yönəlib və ABŞ-nin birbaşa təhlükə hesab etdiyi qanunsuz immiqrasiya, narkotik ticarəti və Venesuela kimi rejimlərlə mübarizə prioritet olaraq qalır.
Türkan Kərimli
20:03 06.12.2025
Oxunuş sayı: 965