Yaponiya Yonaguniyə raket yerləşdirdi, Çin etiraz etdi
Yaponiya hökuməti Yonaguni adasına orta mənzilli hava müdafiə raketləri yerləşdirib. Rəsmi açıqlamaya görə, bu addım “müdafiə məqsədi” daşıyır.
Crossmedia.az "The National Interest"-ə istinadən xəbər verir ki, bu qərar regionda gərginliyi artırır və strateji balansı poza bilər.
Yonaguni adasının Tayvana çox yaxın olması səbəbindən, raketlərin yerləşdirilməsi Pekin tərəfindən “təxribat” kimi qiymətləndirilib. Çin hökuməti planı “son dərəcə təhlükəli” adlandırıb.
Qərb ölkələri uzun illər Çinlə iqtisadi rəqabətə üstünlük verirdi, lakin indi hərbi addımlar ön plana keçir. Bu isə yanlış hesablamalar nəticəsində daha böyük böhran riski yarada bilər.
Türkan Kərimli
19:45 06.12.2025
Oxunuş sayı: 990