BDU-nun dosenti Eldar Kərimov vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti Eldar Kərimov vəfat edib.
Bu barədə Crossmedia.az-a BDU-dan bildirilib.
Eldar Kərimov 1955-ci il martın 14-də Bakı şəhərində anadan olub. 1982-1985-ci illərdə BDU-nun Rus sovet ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının əyani aspirantı olub. 1986-cı ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 1997-ci ildə dosent elmi adını alıb.
O, 1985-1988-ci illərdə BDU-nun Rus sovet ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının baş laborantı, 1988-1997-ci illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi işləyib. 1997-ci ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti idi.
Allah rəhmət eləsin!
21:20 06.12.2025
Oxunuş sayı: 850