Bu gün “Qobustan” GES-in ilk paneli quraşdırılıb
Energetika naziri Pərviz Şahbazov Çinin “Universal Energy” şirkətinin prezidenti Nan Yi ilə görüşüb.
Nazirlikdən Crossmedia.az-a verilən məlumata görə, görüşdə şirkətlə ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə ilk hərrac layihəsinin - 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Stansiyanın inşası çərçivəsində bu gün ilk panelin quraşdırılması və tikinti işlərinin gedişatı yüksək qiymətləndirilib.
Söhbət zamanı “Universal Energy” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib. Müasir Günəş enerjisi texnologiyası, həmçinin şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası kimi vanadiuməsaslı batareyalar üzrə təcrübəsi, bu texnologiyanın yaşıl enerji ixracı layihələrində tətbiqi perspektivləri nəzərdən keçirilib.
20:01 03.12.2025
Oxunuş sayı: 622