Apple orijinal iPhone SE-ni köhnəlmiş elan edib
MacRumors-un məlumatına görə, Apple 2016-cı ildə buraxılmış orijinal iPhone SE-ni dekabrın 1-də köhnəlmiş hesab edib.
Orijinal iPhone SE 2016-cı ilin martında təqdim olunub. Model iPhone 5s dizaynına, 4 düymlük ekrana, Touch ID-li Home düyməsinə və tək kameraya malik ilk sərfəli Apple smartfonu idi. Onun varisi 2020-ci ilin aprelində, üçüncü nəsil modeli isə 2022-ci ilin martında təqdim olunub. Dördüncü nəsil model çıxmayıb və iPhone SE seriyası 2025-ci ilin əvvəlində yeni iPhone 16e ilə əvəz edilib.
Mütəxəssislər həmçinin bildiriblər ki, 2025-ci ilin payızında Realme, Redmi, Samsung və Tecno-nun sərfəli modelləri Rusiya bazarında populyarlıq qazanıb, lakin Apple smartfonları satış baxımından liderliyini qoruyub.
Nəzrin Abbas
10:57 02.12.2025
Oxunuş sayı: 1444