Bilgəhdə işığın verilişi müvəqqəti dayandırılacaq
Bu gün Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Crossmedia.az xəbər verir ki, bunu "Azərişıq" ASC bildirib.
Qurumdan bildirilib ki, Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən 35/10/6 kV-luq “Bilgəh” yarımstansiyasının 10 kV-luq Paylayıcı Qurğusunda təmir işləri aparılacaq.
Bu səbəbdən saat 10:30-dan 14:00-dək Bilgəh qəsəbəsinin Zəfəran Sovxozu yaşayış massivi, qəsəbə mərkəzi və Azərbaycan qadını küçəsinin bir hissəsində elektrik verilişində məhdudiyyət yaranacaq. Təmir başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacağı qeyd olunub.
09:25 02.12.2025
Oxunuş sayı: 1324