Ukrayna müharibəsi: ABŞ-ın 28 bəndlik sülh planı Rusiyanın hazırladığı sənədə əsaslanır
ABŞ-ın 28 bəndlik sülh planının Rusiya tərəfi tərəfindən hazırlanıb Tramp administrasiyasına təqdim edildiyi məlum olub.
Crossmedia.az Reuters-ə istinadən xəbər verir ki, sənəd oktyabrın ortalarında, Vaşinqtonda Tramp-Zelenski görüşündən qısa müddət sonra ABŞ-ın yüksək vəzifəli rəsmilərinə təqdim edilib. Sənədin müddəaları Rubio-Lavrov telefon danışığı zamanı müzakirə olunub.
Reuters xəbər verir ki, rus dili, Ukrayna Pravoslav Kilsəsi, siyasi məhbuslar və digər məsələlərlə bağlı müddəaların olmaması səhv və ya anlaşılmazlıq deyil, Moskvanın qəsdən hazırladığı planın hissəsidir.
18:56 27.11.2025
Oxunuş sayı: 1152