Livan İranın müdaxiləsinə sərt reaksiya verdi: “Suverenliyimiz çörək və sudan vacibdir”
Livanın xarici işlər naziri Yusif Raci bildirib ki, ölkənin suverenliyi, azadlığı və daxili qərarlarının müstəqilliyi xalq üçün yemək və sudan daha önəmlidir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin “Hizbullahın varlığı Livan üçün çörəkdən daha vacibdir” sözlərinə cavab olaraq verilib.
Raci vurğulayıb ki, İranın bəyanatları Tehran rəsmilərinin müdaxilə etmədiyini iddia edən sözləri ilə ziddiyyət təşkil edir və ölkənin prioriteti dövlətin suverenliyinin qorunmasıdır.
19:28 27.11.2025
Oxunuş sayı: 1164