Rusiya–ABŞ sülh planının səs yazısı yayıldı
ABŞ-nin Orta Şərq üzrə Xüsusi Təmsilçisi Stiv Vitkoff, Dmitriyev və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov arasında aparılan danışıqların sensasion səs yazısı ortaya çıxıb.
Crossmedia.az Bloomberg-ə istinadən bildirir ki, səs yazısında ABŞ-nin prezidenti Trampın xüsusi nümayəndəsi Rusiyaya tövsiyələr verir və sülh razılaşması planını Ağ Ev rəhbərinə necə təqdim etməli olduğunu izah edir. Hadisələr oktyabr və noyabr aylarında bir sıra telefon danışıqları və plan müzakirələri ilə davam edib.
Diplomatik mənbələrə görə, səs yazısı Rusiya xüsusi xidmət orqanlarına bağlı qrup tərəfindən əldə edilərək Qərb kəşfiyyatına ötürülüb. Bu qrup planın Rusiya maraqları üçün qəbuledilməz olduğunu düşünərək sızdırma qərarı verib. Pekin də müəyyən yardım göstərib, çünki Uşakov və Dmitriyev Çin istehsalı smartfonlar istifadə ediblər.
Bloomberg həmçinin bildirir ki, sızma nəticəsində Rusiya elitasında, Avropada və Çindəki müharibə tərəfdarları Vitkoffu daha çətin vəziyyətə qoyub.
19:44 27.11.2025
Oxunuş sayı: 1096