Putin Trampın planına “hə” dedi
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, mediada müzakirə olunan “ABŞ-nin Ukrayna planı” əslində hazır müqavilə layihəsi olmayıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Vaşinqton və Kiyev sadəcə 28 bənddən ibarət olan bir suallar siyahısı hazırlayıb, dörd blok üzrə bölüb və Moskvaya təqdim edib.
Putin deyib ki, Moskva ümumilikdə bu sənədin gələcək danışıqlar üçün əsas ola biləcəyinə razıdır: “Amerika tərəfi bəzi məsələlərdə bizim mövqeyimizi nəzərə alır, bəzi bəndlər üzrə isə mütləq oturub ayrı-ayrılıqda müzakirə etməliyik.”
Rusiya prezidenti həmçinin Rusiyanın Avropaya hücum etməyə hazırlaşdığı ilə bağlı iddiaları “gülünc” adlandırıb: “Biz heç vaxt Avropaya hücum etməyi düşünməmişik. Əgər onlar bunu sənədləşdirmək istəyirlərsə, buyursunlar. Moskva Avropanın təhlükəsizliyi və strateji sabitlik məsələlərini müzakirə etməyə hazırdır.”
Putinin sözlərinə görə, gələn həftə ABŞ nümayəndə heyəti əlavə məsləhətləşmələr aparmaq üçün Moskvaya səfər edəcək.
Mehriban İbrahimli
20:28 27.11.2025
Oxunuş sayı: 915