SEPAH-ın üç nəfərlik terror şəbəkəsi ifşa edilib
SEPAH-ın Qüds qanadına aid kiçik terror şəbəkəsinin üzə çıxarılması ilə bağlı yeni detallar açıqlanıb. Məlumata görə, şəbəkə Uqanda və Seneqalda yerləşən İsrail səfirliklərinə qumbara ilə hücumlar həyata keçirməyi planlaşdırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Qüds qanadı bu məqsədlə Uqanda vətəndaşını işə cəlb etməyə cəhd edib. Uqandalı əməliyyatçı bildirib ki, o, SEPAH-ın pakistanlı zabiti Zahid Cavad tərəfindən işə götürülüb və səfirliklərin yerləşdiyi binaların videogörüntülərini toplamaq tapşırılıb.
Onun sözlərinə görə, Cavad üç ay əvvəl İrana səfər edib və bundan sonra Uqandalı əməliyyatçı SEPAH-ın iranlı zabiti ilə əlaqəyə keçib. Əməliyyatçı həmçinin ona “Rambo” ləqəbinin verildiyini qeyd edib.
Açıqlamada şəbəkə ilə əlaqəli olduğu bildirilən üç iranlı zabitin Meysəm Səhrayi, Rza Qubadi və Abbas Məhəmməd Nəimi olduğu qeyd olunur. Məlumata görə, SEPAH nümayəndələri Uqandalı əməliyyatçıya qumbara şəkilləri göndərib və silah alışı ilə bağlı razılıq əldə ediblər.
19:10 27.11.2025
Oxunuş sayı: 1001