İran XİN: Pezeşkianın Səudiyyə Vəliəhdinə məktubu nüvə proqramı ilə bağlı olmayıb
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, prezident Məsud Pezeşkianın Səudiyyə Vəliəhdinə göndərdiyi məktub yalnız Həcc ziyarəti və iranlı zəvvarlara göstərilən münasibətlə bağlı təşəkkür xarakteri daşıyır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Əraqçı Tehran və Ər-Riyadın regional sülh və sabitlik məsələlərində “çox yaxşı anlaşma” əldə etdiyini vurğulayıb. O qeyd edib ki, bölgədə əsas sabitlik faktoru İran–Səudiyyə əməkdaşlığıdır.
Nazir həmçinin əlavə edib ki, nüvə məsələsində əsas problem vasitəçilərin çatışmazlığı deyil, ABŞ-nin “səhv yanaşması və davranışı”dır və bu dəyişmədən real danışıqlar mümkün deyil.
19:35 27.11.2025
Oxunuş sayı: 975