ABŞ Ordusunun katibi: Əbu-Dabidə Rusiya ilə danışıqlar “müsbət” qiymətləndirilir
ABŞ Ordusunun katibi Daniel Driskoll bildirib ki, Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə keçirilən danışıqlar Ukraynada davamlı sülhə nail olunması baxımından müsbət qiymətləndirilir.
Crossmedia.az “Axios”a istinadən xəbər verir ki, Driskoll və ABŞ nümayəndə heyəti hazırda Rusiya tərəfi ilə intensiv dialoq aparır. Onun sözlərinə görə, danışıqlarda irəliləyiş var və proses nikbinlik yaradır. Driskoll həmçinin vurğulayıb ki, aparılan müzakirələr Ağ Ev və ABŞ-nin müvafiq qurumları ilə sıx koordinasiya şəraitində davam edir.
Məlumata görə, Əbu-Dabidə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa, əvvəlcədən elan edilməmiş və planlaşdırılmamış görüş baş tutub. Danışıqlarda Ukrayna tərəfini Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Mənbələrin bildirdiyinə görə, tərəflər sülh prosesinə dair mexanizmlər, təhlükəsizlik təminatları və müharibənin dayandırılması ilə bağlı mümkün variantları müzakirə edirlər.
19:17 27.11.2025
Oxunuş sayı: 980