Putinə görə Ukrayna səfirliyini "görünməz" etdilər
Vladimir Putinin Qırğızıstana səfəri zamanı ölkə hakimiyyəti prezidentin "Intımak Ordo" rezidensiyasının yaxınlığında böyük karkaslı ekran quraşdırıb. Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ekranın məqsədi rezidensiyadan cəmi 200 metr məsafədə yerləşən Ukraynanın Bişkekdəki səfirliyinin görünməsinin qarşısını almaq olub.
Ukrayna səfirliyi məsələ ilə bağlı geniş şərh verməsə də, nümayəndəlik "səbəb-nəticə əlaqəsinin açıq şəkildə göründüyünü" bildirib.
Nigar Yahyazadə
18:28 27.11.2025
Oxunuş sayı: 1118