PKK: İranla heç vaxt müttəfiq olmamışıq
PKK sözçüsü Zaqros Hiva təşkilatın İranla müttəfiqliyi barədə iddiaları təkzib edib.
Crossmedia.az Deutsche Welle-yə istinadən xəbər verir ki, Hiva bu iddiaları “psixoloji müharibənin bir hissəsi” adlandırıb.
Onun sözlərinə görə, Türkiyə ilə sülhə doğru addım atılması İranla müharibə demək deyil və bu yanaşma həm Ankara, həm də Tehran üçün faydalı ola bilər.
Hiva bildirib ki, PKK-nın “sülh və demokratik cəmiyyət” çağırışı beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır və İran da bu çağırışı rəsmi şəkildə dəstəkləyib.
PKK sözçüsü həmçinin qeyd edib ki, keçmişdə İran və Türkiyə arasında kürd məsələsi üzrə əməkdaşlıq olub və tərəflərin yenidən bu istiqamətdə birgə addımlar atacağına ümid edir.
18:55 27.11.2025
Oxunuş sayı: 923