Xəzər–Qara dəniz marşrutu üzrə saziş 2025-də imzalanacaq
Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya arasında “Xəzər dənizi – Qara dəniz” beynəlxalq nəqliyyat marşrutunun yaradılması üzrə sazişin 2025-ci ilin dekabrında imzalanması planlaşdırılır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Transxəzər nəqliyyat dəhlizi və nəqliyyat əlaqələrinin inkişafına həsr olunmuş Daşkənddəki investorlar forumunda çıxış edərkən bildirib.
Nazirin sözlərinə görə, yeni təşəbbüs Xəzər regionu ilə Avropa İttifaqı arasında multimodal nəqliyyat körpüsünün formalaşmasına, marşrutların şaxələndirilməsinə və logistika zəncirlərinin dayanıqlığının artırılmasına imkan verəcək.
Mariam Kvrivişvili əlavə edib ki, Bakı–Tbilisi–Qars dəmir yolunun tam gücü ilə işə başlaması Azərbaycan, Gürcüstan və Türkiyə arasında fasiləsiz və səmərəli nəqliyyat əlaqəsi yaradacaq və bütün marşrutun əməliyyat effektivliyini yüksəldəcək.
Pərvin Hacıyeva
18:00 27.11.2025
Oxunuş sayı: 1159