Rusiya Starlink-ə cavab olaraq “Rassvet” layihəsini işə salacaq
Son illərdə dünyada peyk interneti texnologiyalarına maraq sürətlə artır və bir çox ölkələr öz müstəqil rabitə sistemlərini yaratmağa çalışır. SpaceX-in Starlink layihəsinin geniş yayılması fonunda Rusiya da bu sahədə rəqabət gücləndirməyi hədəfləyir. Yeni yaradılan “Rassvet” peyk qruplaşması ölkənin rəqəmsal təhlükəsizliyini təmin etməklə yanaşı, rabitə infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına xidmət edəcək.
Layihənin reallaşdırılması həm Rusiya daxilində, həm də onun müttəfiqləri üçün strateji əhəmiyyət daşıyır və texnoloji müstəqillik istiqamətində mühüm addım hesab olunur
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Rusiya genişzolaqlı peyk rabitəsi üçün aşağı orbitli peyk qruplaşması “Rassvet” layihəsi üzərində işləyir. Layihənin məqsədi texnologiyadan istifadə imkanlarını müttəfiq dövlətlərlə bölüşməkdir”.
İlk mərhələdə “Rassvet” Rusiya ərazisində istifadəyə veriləcək. Bu, şəbəkənin texniki əhatə dairəsini və son istifadəçilər üçün tətbiq xərclərini sınaqdan keçirməyə imkan verəcək
Zeynəb Xuduyeva
11:16 27.11.2025
Oxunuş sayı: 986