Partiya sədri hərbi ekspertlə razılaşmadı: Bəs polis işçiləri?
Müasir dövrdə hərbi xidmətlə bağlı sosial təminat məsələləri cəmiyyətin diqqət mərkəzində duran ən mühüm mövzulardan biridir. Xüsusilə hərbiçilərin ailə üzvlərinin sosial rifahı və onların həyat və əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet sahələrindəndir.
Bildirilir ki, ali təhsilli hərbiçi xanımların vəziyyəti hələ də kifayət qədər həllini tapmayıb. Hərbi ekspert Üzeyir Cəfərov saytımıza açıqlamasında deyib ki, hərbiçi həyat yoldaşları ilə birlikdə qarnizonlara gedirlər, lakin həmin ərazilərdə iş imkanları məhduddur və qadınlar öz ixtisaslarını istifadə edə bilmirlər. Bu isə onların əmək stajının və pensiya kapitalının formalaşmasına mənfi təsir göstərir. Ekspert təkllif edir ki, hərbiçi xanımların həyat yoldaşlarına göstərdikləri qulluq və dəstək əməkda stajına əlavə olunsun.
ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bu barədə Crossmedia.az-a a danışıb: "Bu, qulağa xoş gələn təklifdir. Amma, tutalım, bəs nəqliyyat işçilərinin xanımları niyə bu hüquqdan istifadə etməsinlər. Yaxud da polis və digər hüquq -mühafizə orqanları əməkdaşlarının xanımları? Odur ki, bu məsələyə bir az fərqli yanaşmaq lazımdır".
Mehriban Yariyeva
12:22 27.11.2025
Oxunuş sayı: 1383