Pakistanda İmran Xanla bağlı ölüm xəbərləri təkzib edildi
Pakistanda keçmiş baş nazir İmran Xanla bağlı yayılan ölüm xəbərləri rəsmi olaraq təkzib edilib. O, hazırda Adayala həbsxanasında saxlanılır.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Həbsxana administrasiyasının açıqlamasına görə, Xan lazımi tibbi yardım alır və onun başqa müəssisəyə köçürülməsi hazırda planlaşdırılmır. Administrasiya həmçinin bildirib ki, onun sağlamlığı ilə bağlı yayılan bütün məlumatlar əsassızdır.
Qeyd edək ki, əvvəllər Afghanistan Times İmran Xanın öldüyünü xəbər vermişdi, bu isə yanlışdır. 2024-cü ilin yanvar ayında İmran Xan və həyat yoldaşı korrupsiya ittihamı ilə 14 il, İmran Xan isə dövlət sirrini açıqlama ittihamı ilə əlavə 10 il həbs cəzasına məhkum olunmuşdu. Həbsdən sonra onun sağlamlıq vəziyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqlar artırmışdı, buna görə də administrasiya müntəzəm tibbi nəzarət altında olduğunu vurğulayıb.
13:12 27.11.2025
Oxunuş sayı: 1164