Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabr 28-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Bu barədə Crossmedia.az ADY-ə istinadən xəbər verir.
Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək. Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.
11:20 27.11.2025
Oxunuş sayı: 1441