Milli Məclisin deputatları Qırğızıstanda növbədənkənar seçkiləri izləyəcək
Milli Məclisin (MM) deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov noyabrın 30-da Qırğızıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Bişkek şəhərində səfərdə olacaqlar.
Crossmedia.az xəbər verir ki, bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verib.
Tural Gəncəliyev ATƏT PA-nın, Cavanşir Feyziyev TÜRKPA-nın, Mübariz Qurbanlı MDB İcraiyyə Komitəsinin, Göydəniz Qəhrəmanov isə MDB PA-nın xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə prosesini müşahidə edəcəklər.
12:27 27.11.2025
Oxunuş sayı: 1113