Ukrayna ordusu yenidən Samara neft zavodunu vurdu
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Samara vilayətinə dron hücumu həyata keçirib və nəticədə Novokuybışevsk Neftayırma Zavodu zərbə altına düşüb.
Crossmedia.az UNİAN-a istinadən xəbər verir ki, bu, son iki ay ərzində obyektə endirilən üçüncü hücumdur. Əvvəlki dron zərbələri 19 oktyabr və 16 noyabr tarixlərində baş vermişdi.
Məlumata görə, hücum nəticəsində zavodun fəaliyyətində qısa müddətli fasilə yaranıb. Hadisə ilə bağlı Rusiya tərəfi əlavə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
Hazırda hücumun dəqiq nəticələri ilə bağlı araşdırma aparılır.
Türkan Kərimli
12:00 27.11.2025
Oxunuş sayı: 1036