Sabah Cəlilabadın üç kəndində elektrik enerjisinin verilişi dayandırılacaq
Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, fasilə elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar yaranacaq.
Nəticədə sabah saat 10:00-dan 13:00-dək 110 kV-luq hava elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonunun 3 yaşayış məntəqəsinin (Alar, Günəşli və Sabirabad kəndi) elektrik enerjisi ilə təchizatında fasilə olacaq.(Report)
23:30 19.11.2025
Oxunuş sayı: 1283