Sabah Bakının iki rayonunda qaz olmayacaq
Sabah saat 10:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Bakının Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Crossmedia.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu üzrə DSK yolunun, Binəqədi qəsəbəsi, 5056/68 məhəllənin, Biləcəri qəsəbəsi, M.Aslanov, A.Zeynallı, Q.Məmmədov, Xaqani, M.Hüseynzadə, Ordubadi, T.Yaqubov, Füzuli, Y.İmanov və İ.Kərimov küçələrinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsi, Lomonosov, Çerniyakov, H.B.Əliyev, Dağlıq, G.Əliyev, Y.Mürsəlov, A.İsmayılov küçələrinin və 2-ci yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
16:54 18.11.2025
Oxunuş sayı: 884