Biləcərinin bir sıra ərazilərində işıq olmayacaq
Bu gün elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM) yenidənqurma və təmir işləri aparılacaq.
Bu barədə Crossmedia.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Biləcəri qəsəbəsi Mikayıl Mikayılov və Asəf Zeynallı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
09:26 18.11.2025
Oxunuş sayı: 1357