TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 17-də 367 milyon 029 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə Crossmedia.az-a TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,002 % çoxdur.
Kipoi çıxış nöqtəsindən noyabrın 18-dən 24-dək 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, oktyabrın 11-nə və 17-nə olan sifariş göstəriciləri ilə müqayisədə 5,18 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 17-dan 24-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən noyabrın 17-dan 24-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 17-də 305 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 10-na olan sifariş göstəriciləri ilə müqayisədə 0,65 % azdır.
Bu çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 18-dən 24-dək 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 11-ə olan sifariş göstəriciləri ilə müqayisədə 6,5 % azdır. Noyabrın 12-dən 14-dək olan sifariş göstəriciləri ilə müqayisədə 5,7 %, noyabrın 15-nə 16-na olan sifariş göstəriciləri ilə müqayisədə 5,9 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
10:02 17.11.2025
Oxunuş sayı: 1123