ABŞ Energetika Nazirliyi Azərbaycanın 2026-cı il üzrə neft hasilatı proqnozunu əvvəlki səviyyədə saxlayıb
ABŞ Energetika Nazirliyi Azərbaycanın 2026-cı il üzrə neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozunu dəyişməyərək əvvəlki səviyyədə saxlayıb.
Crossmedia.az bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) noyabr hesabatına istinadən xəbər verir.
Məlumata görə, 2026-cı ildə Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatının 540 min barel səviyyəsində olacağı gözlənilir. Bu göstərici oktyabr proqnozu ilə eynidir.
Gələn ilin birinci rübündə hasilatın 550 min barel/gün, ikinci rübdə 540 min barel/gün, üçüncü və dördüncü rüblərdə isə hər biri üzrə 530 min barel/gün olacağı proqnozlaşdırılır.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatı 600 min barel təşkil edib. Birinci və dördüncü rüblərdə bu göstərici 600 min barel/gün, ikinci və üçüncü rüblərdə isə 590 min barel/gün olub.
00:28 13.11.2025
Oxunuş sayı: 1352