Prezidentin çıxışı dövlətçiliyimizin müasir mərhələsini xarakterizə edən ideoloji konsepsiyadır - Deputat
Prezident İlham Əliyevin “Ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi özümüz bərpa etdik” fikri təkcə siyasi-hüquqi bəyanat deyil, həm də Azərbaycan dövlətçiliyinin müasir mərhələsini xarakterizə edən ideoloji konsepsiyadır. Bu dörd anlayış — ərazi bütövlüyü, tarixi ədalət, beynəlxalq hüquq və milli ləyaqət — Azərbaycanın 30 illik mübarizə yolunun həm hüquqi, həm də mənəvi dayaqlarını təşkil edir.
Bu tezislər bir-biri ilə sıx bağlı olub, Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpası prosesində qarşılıqlı şəkildə bir-birini tamamlayır. Ərazi bütövlüyünün bərpası, dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri üzərində konstitusion hakimiyyətin bərqərar edilməsi, tarixi ədalətin təmin olunması, beynəlxalq hüququn prinsiplərinin real gücə çevrilməsi və milli ləyaqətin bərpası kimi nəticələrlə yekunlaşdı.
Məhz bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş Qələbə təkcə hərbi-siyasi uğur deyil, həm də dövlətin beynəlxalq hüquq müstəvisində mövqeyinin möhkəmlənməsi, milli kimliyinin və suverenliyinin bərpası anlamına gəlir. Aşağıda bu dörd anlayış — Ərazi bütövlüyü, Tarixi ədalət, Beynəlxalq hüquq və Milli ləyaqət — üzrə aparılan təhlil, Azərbaycanın müasir dövlətçilik fəlsəfəsinin əsaslarını əhatə edir.
Milli Məclisin deputatı Rizvan Nəbiyev Prezident İlham Əliyevin qeyd etdiyi tezislə bağlı geniş fikirlərini Crossmedia.az-la bölüşüb:
Prezident İlham Əliyevin “Ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi özümüz bərpa etdik” fikri siyasi-hüquqi bəyanat olmaqla yanaşı Azərbaycanın dövlətçilik tarixinin yeni mərhələsinin başlanmasına verilən qiymətdir. Bu dörd anlayış – ərazi bütövlüyü, tarixi ədalət, beynəlxalq hüquq və milli ləyaqət – Azərbaycanın 30 illik mübarizəsinin ideoloji, siyasi və mənəvi dayaqlarını və inkişaf sütunlarını ifadə edir. Ərazi bütövlüyümüzün bərpası ilə Azərbaycan öz dövlət suverenliyini tam şəkildə təmin etdi, işğal illərində pozulmuş beynəlxalq hüququn prinsiplərini bərpa etdi və konstitusion hakimiyyətini bütün əraziləri üzərində yenidən bərqərar etdi. Prezident İlham Əliyevin qeyd etdiyi tezislərin hər biri ətraflı təhlil obyektidir:
Ərazi bütövlüyümüz:
Hər bir dövlət bütün digər dövlətlərin suverenliyinə, o cümlədən ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməlidir. Belə ki, hazırki beynəlxalq nizamın əsasında dövlətlərin suveren bərabərliyi (prinsipi) dayanır. BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndi beynəlxalq münasibətlər sistemində bunun üçün hüquqi əsas yaradır: “Təşkilat (yəni BMT) onun bütün Üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır”. Suveren bərabərlik prinsipinin məzmunu əsas iki ünsürdən ibarətdir: 1. Hər bir dövlət tam suverenliyə malikdir və öz siyasi və iqtisadi sistemini maneəsiz olaraq özü sərbəst şəkildə müəyyən edir. 2. Bütün dövlətlər ərazisinin miqyasından, əhalisinin sayından, inkişaf səviyyəsindən və hərbi-siyasi potensialından asılı olmayaraq hüquqi cəhətdən bərabərdir. Buna görə də 193 BMT üzvü dövlətin hər biri yalnız səs hüququna malikdir.
2023-cü ildə suveren nəzarətinin tam bərpasından sonra Azərbaycanın postmünaqişə dövrü strategiyası 3 əsas sütun üzərində qurulmuşdur:
Azad edilmiş ərazilərin, Şərqi Zəngəzur və Qarabağın milli inzibati idarəçilik sisteminə reinteqrasiyası,
Yenidənqurma və bərpa işləri və paralel məcburi köçkünlərin "Böyük qayıdışı",
Ermənistanla uzunmüddətli sülhün əldə olunması və dövlətlərarası münasibətlərin normallaşdırılması prosesi.
Zəfərimiz nəticəsində dövlət orqanları Şərqi Zəngəzur və Qarabağda da yurisdiksiyanın icrasına başladı. Məsələn, Qubadlının işğaldan azad olunmasından bir il sonra, 2021-ci il oktyabrın 27-də Dövlət Gömrük Komitəsinin gömrük məntəqəsi yaradıldı. Və yaxud 2023-cü ilin aprelində Laçın rayonunda dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması təhlükəsizliyin təmini ilə yanaşı, həm də iqtisadi suverenliyimizin bərpası demək idi.
İşğal dövründə Azərbaycanın müvafiq dövlət orqanları öz yurisdiksiyasını icra edə bilmirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası sayəsində Şanlı Zəfərimizdən sonra regionda beynəlxalq hüquqa əsaslanan yeni siyasi reallıqlar yaranmışdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) ən ali vəzifəsi sayılan, onun Təhlükəsizlik Şurasının məsul olduğu, beynəlxalq sülhün və təhlükəsizliyin təmininə ciddi töhfə verdi".
Deputat qeyd edib ki, paralel olaraq, Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla tanınan, amma uzun illər pozulmuş prinsiplərini də öz resursları hesabına təmin etdi: "Ərazi bütövlüyü, suverenlik, beynəlxalq sərhədlərin toxunulmazlığı. Bu hüquqi prinsiplərin gündəlik həyatımızda təbiqinin mənəvi mənası cənab Prezidentin vurğuladığı kimi, milli ləyaqətimizin bərpası deməkdir. Şanlı Zəfərimiz nəticəsində Prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiyamız dövlətimizin bütün ərazisində tətbiq edilməyə başladı, dövlət orqanlarımız bütün suveren ərazilərimizdə öz yurisdiksiyasını icra etməyə başladı.
Beynəlxalq hüquq və suverenlik
Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyası (IV Konvensiya) nəzərdə tutur ki, işğal olunmuş ərazi üzərində suverenlik işğalçıya keçmir və onun əvvəlki hüquq sistemini tam ləğv etmək hüququ yoxdur. Ərazimizin bir hissəsinin işğal altında olduğu dövrdə suverenliyimiz Ermənistan tərəfindən pozulmuşdu, amma Azərbaycan öz beynəlxalq sərhədləri çərçivəsində tanınmış əraziləri üzərində suverenliyini itirməmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası sayəsində Şanlı Zəfərimizdən sonra regionda beynəlxalq hüquqa əsaslanan yeni siyasi reallıqlar yaranmışdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) ən ali vəzifəsi sayılan, onun Təhlükəsizlik Şurasının məsul olduğu, beynəlxalq sülhün və təhlükəsizliyin təmininə ciddi töhfə verdi. Paralel olaraq, Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla tanınan, amma uzun illər pozulmuş prinsiplərini də öz resursları hesabına təmin etdi: Ərazi bütövlüyü, suverenlik, beynəlxalq sərhədlərin toxunulmazlığı".
Tarixi ədalət:
Prezidentimizin BMT Baş Məclisinin 80-ci sessiyasında bəyan etdiyi kimi fikirlər 8 Noyabr paradında dediklərinin ətraflı izahıdır:
“Biz həm müharibədə qalib gəldik, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur".
Şərqi Zəngəzur və Qarabağ qlobal miqyasda ən böyük tikinti meydançasıdır.
"Daxili suverenliyin icrası, bərpa və quruculuq işlərinin həcmini tam anlamaq üçün 1990-cı illər Almaniyası ilə müqayisə yerinə düşərdi.
1990-cı illərdə Almaniya birləşdikdən sonra bölünmüş Berlində aparılan tikinti, quruculuq və bərpa işlərinə görə Berlin Avropanın ən böyük tikinti meydançası hesab olunurdu. Bu gün əminliklə demək olar ki, Qarabağ və Şərqi Zəngəzur nəinki Avropada, hətta qlobal miqyasda ən böyük tikinti meydançasıdır. Suverenliyimizin bərpasının malik olduğu qlobal ölçünü və beynəlxalq əhəmiyyəti tam şəkildə təsəvvür etmək üçün daha bir müqayisə aparmaq istərdim. Bu gün Azərbaycanın 25 dövlətlə strateji tərəfdaşlıq münasibətləri var. 14 dövlətin enerji təhlükəsizliyinin təminatında Azərbaycan qaz tədarükçüsü kimi mühüm rol oynayır. Cənab Prezidentin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir. Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclisin açılış iclasında etdiyi çıxışında vurğuladı ki, “Tarixi Zəfərimizdən sonra xarici siyasətimizdə daha sərbəstlik. Müstəqil, prinsipial xarici siyasət əsas istiqamətimizdir.”
Ermənistanın döyüş meydanından diplomatik masaya gətirilməsi:
Hazırda ölkəmiz post-münaqişə dövründə işğalın nəticələrinin aradan qaldırılması mərhələsindədir. Bu çoxşaxəli və hərtərəfli fəaliyyətləri özündə ehtiva edir. Azərbaycan Ermənistanı hərbi əməliyyat meydanından diplomatik müstəviyə gətirməyi bacarmışdır. İşğala son qoyulması, Ermənistan silahlı qüvvələrinin kapitulyasiyası və ərazilərimizin azad olunmasından sonra bu gün qarşıda duran əsas məsələ dayanıqlı sülhün təmin olunması və dövlətlərarası münasibətlərin normallaşdırılmasıdır. De-fakto sülhün davamlı sülhə çevrilməsi və Ermənistanla münasibətlərdə sülh gündəliyinin irəlilədilməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Azərbaycan Ermənistanı hərbi əməliyyat meydanından diplomatik danışıqlar masasına gətirməyi bacardığı kimi, sülh gündəliyinin icrasını da təmin edəcəkdir. Bu mərhələ isə ciddi siyasi iradə, diplomatik səylər və strateji baxış tələb edir. Prezident İlham Əliyev hərbi, siyasi və diplomatik alətlərdən yerinə və zamanına uyğun məqsədyönlü istifadə etməklə Ermənistanla sülh prosesini hazırki aktiv mərhələyə qədər gətirib çıxarmışdır".
Millət vəkili qeyd edib ki, hazırda sülh gündəliyində mühüm məsələlər – Zəngəzur dəhlizinin, kommunikasiya xətlərinin açılması, sülh sazişinin imzalanmasına mane olan baryerlərin aradan qaldırılması, qarşılıqlı etimadın formalaşdırılması kimi istiqamətlər müzakirə mövzusu olaraq qalır: "Azərbaycan Prezidentinin sülh gündəliyini intensiv şəkildə irəlilətməsinə dair ən tutarlı arqumentlərdən biri, son aylar ərzində keçirilmiş yüksək səviyyəli görüşlərin intensiv qrafikidir. Belə ki, avqust ayında Vaşinqtonda sülh sammiti, bundan əvvəl isə Abu-Dabidə baş tutmuş görüş, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ŞƏT+ formatında, oktyabrda Kopenhagendə Avropa Siyasi Birliyinin Zirvə görüşündə, yenə oktyabrda Qəbələdə Türk Dövlətləri Təşkilatının sammitində və Müstəqil Dövlətlər Birliyinin Düşənbə toplantısında iştirak və bu sammitlər çərçivəsində keçirilən görüşlər və aparılmış danışıqlar Azərbaycanın bu istiqamətdə ardıcıl diplomatik səylər göstərdiyini nümayiş etdirir. Türk Dövlətləri Təşkilatı Qəbələ Zirvə görüşündə təhlükəsizlik, hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinin gündəmə gətirilməsi Zəfərimizin qardaş türk dövlətləri tərəfindən də təqdir olunmasını göstərir. Vaşinqton razılaşmaları suverenliyimizin beynəlxalq müstəvidə təsbitidir.
Suverenliyimizin bərpasından sonra Prezident İlham Əliyevin hərbi, siyasi və diplomatik səyləri və strateji vizionu əsasında formalaşdırılan Azərbaycanın sülh gündəliyinin tərkibi kimi, Vaşinqtonda Ermənistanla sülh sazişinin indiki mərhələdə məhz paraflanması dövlətimizin sülh prosesinə yanaşmasında nə qədər ardıcıl, prinsipial mövqe sərgilədiyini göstərir. Ermənistan tərəfindən konstitusion dəyişikliklərin edilməsinin zəruriliyinə ABŞ Prezidenti səviyyəsində dəstək ifadə olundu, özü də Vaşinqton Birgə bəyanatına qoyulan imza və şahidlik formasında. Xüsusi ilə vurğulamaq istərdim ki, məhz Prezident İlham Əliyevin məharətli diplomatiyası sayəsində Ermənistanın daxili qanunvericiliyinə aid məsələdə dəyişiklik edilməsinin beynəlmiləlləşdirilməsinə nail olundu, yəni indiyə qədər ikitərəfli danışıqlar predmeti olan məsələ üçtərəfli Birgə bəyanatın elə 1-ci bəndində təsbit edildi. Hazırki və gələcək Ermənistan hökumət nümayəndələrinin hansı formada şərh verməsindən asılı olmayaraq bu tələb rəsmi İrəvan qarşısında qoyulmuşdur, özü də diplomatik dilin imkan verdiyi qədər qətiyyətli və belə aydın formada:
Sazişin “imzalanması və sonrakı ratifikasiyası üçün” məhz “əlavə tədbirlərin davam etdirilməsi” “ehtiyac” olaraq vurğulanmışdır. Bu da göstərir ki, sazişin indiki mərhələdə imzalanmasına mane olan faktorlar var və bunların aradan qalxması zərurətdir".
Ayhan
22:00 10.11.2025
Oxunuş sayı: 1648