Ermənistanda ilkin nəticələr: Paşinyanın partiyası böyük üstünlüklə liderdir
Ermənistanda keçirilən parlament seçkilərində səslərin sayılması davam edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası 70,4 faiz səslə liderdir.
2006 seçki məntəqəsindən 42-si üzrə nəticələr hesablanıb. Samvel Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan Alyansı 17,1 faiz səslə ikinci yerdə qərarlaşıb.
Həmçinin keçmiş prezident Robert Köçəryanın Ermənistan Bloku 6,8 faiz, Qaqik Tsarukyanın Çiçəklənən Ermənistan Partiyası isə 3,5 faiz səs toplayıb.
Səslərin sayılması davam edir və yekun nəticələr hələ açıqlanmayıb.
23:00 07.06.2026
Oxunuş sayı: 54