Zelenski Abramoviçlə gizli görüşünü təsdiqlədi
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı milyarder Roman Abramoviçlə görüş keçirdiyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Sky News-a müsahibəsində Zelenski bildirib ki, Abramoviç Kiyevə onun üçün şəxsi mesajla gəlib. Prezidentin sözlərinə görə, rusiyalı iş adamı ona "Sizdən bir mesaj almaq və onu Putinə çatdırmaq istəyirəm" deyib.
Zelenski qeyd edib ki, Abramoviç bu görüşün ictimaiyyətə açıqlanmasını istəməyib. O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi mesajda rus qoşunlarının Donbasdan çıxarılması ilə bağlı tələbindən geri çəkilmədiyini vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı bir rusiyalı iş adamının Zelenski ilə görüşdüyünü və Ukrayna liderinin şəxsi görüş istəyini ona çatdırdığını bildirmişdi. Lakin həmin şəxsin adını açıqlamamışdı.
23:17 07.06.2026
Oxunuş sayı: 45