Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb
Ermənistanda növbəti parlament seçkiləri üzrə səsvermə prosesi başa çatıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki , Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, seçkilərdə iştirak səviyyəsi yüksək olub. Yekun iştirak göstəricisinin və ilkin nəticələrin gecə saatlarında açıqlanacağı gözlənilir.
Qeyd edək ki, parlament seçkilərində 2 blok və 16 siyasi partiya mübarizə aparıb. Səsvermədə iştirak etmək hüququna malik seçicilərin sayı 2,4 milyondan çoxdur.
22:41 07.06.2026
Oxunuş sayı: 80